YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Milli-mənəvi dəyərlərimizi qorumaq və gənc nəsillərə ötürmək üçün bütün gücümüzü səfərbər etməliyik

“Milli-mənəvi dəyərlərimizi qorumaq və gənc nəsillərə ötürmək üçün bütün gücümüzü səfərbər etməliyik. Bu, bizim vəzifəmizdir”. Bu fikri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, dilimiz, dinimiz, milli kimliyimiz, milli əxlaqımız, ailə dəyərlərimiz, himnimiz, gerbimiz, bayrağımız bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Bu gün dünyada dindən sui-istifadə hallarının çox geniş xarakter aldığını qeyd edən Mübariz Qurbanlı müxtəlif ölkələrdə din adı altında ekstremist, radikal qrupların yarandığını deyib. Onun sözlərinə görə, həmin qruplar bir-birini qəbul etməmə istiqamətində təbliğat aparırlar ki, bu da böyük faciələrə, toqquşmalara gətirib çıxarır.

Dünyəvi dövlətçilik prinsiplərinin qorunub saxlanılması və dini təəssübkeşliyin dini təkəbbürə, sonra fanatizm və ekstremizmə çevrilməsinin qarşısının alınmasının vacibliyini vurğulayan Komitə sədri insanları birliyə, vəhdətə çağıran dinlərin mahiyyətindən uzaqlaşdırılaraq kimlərinsə əlində radikal, ekstremist, xurafat, antimilli formaya çevrilməsinin yolverilməz olduğunu deyib.

“Biz özümüzü bu cür təhdidlərdən, belə problemlərdən qorumaq üçün üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməliyik. Yeni gələn nəsillər milli ruhda, dilinə, dininə, mədəniyyətinə sədaqət ruhunda tərbiyə edilməlidir. Prezident İlham Əliyevin siyasəti də məhz bu istiqamətə yönəlib ki, biz öz gücümüzü, qüdrətimizi qorumalıyıq və din pərdəsi adı altında Azərbaycan əleyhinə istifadəyə imkan verməməliyik”-deyə, M.Qurbanlı vurğulayıb.