YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dilarə Cəbrayılova: Bu gün həyata keçirilən dövlət siyasəti xalqımız tərəfindən rəğbətlə qarşılanır

“Bu gün ölkəmizdə bütün sahələrdə inkişaf uğurla davam edir. Bu uğurlarımızın sayı ildən ilə artmaqdadır”. Bu fikirləri Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.

D.Cəbrayılova  bildirib ki, dövlətimizin başçısının vurğuladığı kimi həyata keçirilən dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır. Onun sözlərinə görə, heç bir vətəndaş diqqətdən, qayğıdan kənarda qalmayıb.

“Bu gün həyata keçirilən dövlət siyasəti xalqımız tərəfindən rəğbətlə qarşılanır. Azərbaycanda reallaşdırılan  nəhəng quruculuq işləri nəticəsində bütün sahələrdə böyük uğurlar əldə edilib. Eyni zamanda, əhalinin rifahı yüksəlib, paytaxtla bölgələr arasında fərq demək olar ki, aradan qalxıb. Bütün bunlar Prezidentimiz cənab İlham Əliyevin uğurlarının nəticələridir”-deyə, deputat qeyd edib.