YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayon ilk təşkilat sədrləri ilə zona müşavirəsi keçirilib

Avqustun 24 –də Yeni Azərbaycan Partiyasının Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayon ilk təşkilat sədrləri ilə zona müşavirəsi keçirilib. 

Müşavirə iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.

Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini,Yeni Azərbaycan Partiyası Sədrinin müavini-icra katibi Əli Əhmədov Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın uğurla inkişaf etdiyini, vətəndaşların həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli addımların atıldığını bildirib. O, bu ilin əvvəlindən dövlətimizin başçısı tərəfindən mühüm sosial islahatların həyata keçirildiyini və bunun nəticəsində ölkəmizdə əməkhaqlarının, təqaüdlərin və sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırıldığını diqqətə çatdırıb.
Bu il ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyini deyən YAP Sədrinin müavini partiyanın bu seçkilərə hazırlığı məsələləri haqqında da fikirlərini bildirib. Yeni Azərbaycan Partiyasının böyük gücə və cəmiyyətimizdə yüksək nüfuza malik olduğunu deyən Əli Əhmədov partiyanın siyasətinin xalqımız tərəfindən dəstəkləndiyini söyləyib.

YAP Sədrinin müavini bildirib ki, partiya üzvləri qazanılan uğurları geniş təbliğ etməli, bu işdə sosial şəbəkənin imkanlarından faydalanmalıdırlar. Müstəqil Azərbaycanın inkişafını görmək istəməyən dairələrin, o cümlədən radikal müxalifətin sosial şəbəkələr vasitəsilə ölkəmizə qarşı qarayaxma kampaniyası apardıqlarını diqqətə çatdıran Əli Əhmədov bu dairələrin əsl niyyətlərinin ifşa olunmasında gənclərin fəal olmasının vacibliyini vurğulayıb. 

YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov partiya həyatı ilə bağlı müşavirə iştirakçılarına müvafiq tövsiyə və tapşırıqlarını verib.

 

DİGƏR Partiya xəbərləri Arxiv