YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dilarə Cəbrayılova: Prezident İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirə çox önəmlidir

“Prezident İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirə çox önəmlidir və böyük əhəmiyyət kəsb edir”. Bu fikri Milli Məclisin deputatı  Dilarə Cəbrayılova deyib.

D.Cəbrayılova bildirib ki, bu, il ərzində Azərbaycan Prezidenti yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən ikinci müşavirədir: “Bu ilin fevral ayında keçirilən müşavirənin də ölkə həyatına, iqtisadi inkişafa, islahatlar prosesinə çox böyük müsbət təsiri olub. Çünki həmin müşavirədən cəmi bir neçə gün sonra Prezident tərəfindən tarixi fərman, yəni, problemli kreditlərin həllini nəzərdə tutan məlum sənəd imzalanıb. Eyni zamanda, ölkədə maaşlar, pensiyalar, minimum əməkhaqqı, sosial müavinətlər artırılıb, sosial-iqtisadi islahatlarla bağlı növbəti mərhələ başlanıb. İyulun 31-də keçirilən müşavirədə bütün sahələrə toxunuldu. Göstərilən rəqəmlər, səsləndirilən fikirlər, qarşıda duran məqsədlər, vəzifələr və s. hamısına aydınlıq gətirildi. Prezident müşavirədə bir məqama diqqəti çəkdi. Dedi ki, bu, hələ o demək deyil ki, biz hər şeyə nail olmuşuq. Yəni biz bu istiqamətdə yeni-yeni uğurlara imza atmaq üçün dünya təcrübəsindən, bu sahədə olan beynəlxalq təcrübələrdən müsbət mənada yararlanmalıyıq. Təbii ki, bütün bunların hamısı bir məqsədə - ölkəmizin, dövlətimizin bütün sahələrdə inkişafına, güclənməsinə və insanlarımızın maddi, sosial durumunun yaxşılaşmasına xidmət edir. Bu istiqamətdə hələ görüləsi işimiz çoxdur. Prezident müşavirədə bunu xüsusilə qeyd etdi və tapşırıqlarını verdi. Hesab edirəm ki, bütün bunların hamısı Azərbaycanın çox uğurlu, sürətli inkişafından xəbər verir”.

D.Cəbrayılova qeyd edib ki, bu müşavirə ölkənin sosial-iqtisadi inkişafında, islahatlar prosesinin yeni mərhələyə keçməsində böyük və müsbət rol oynayacaq, qısa zamanda öz müsbət töhfələrini verəcək.