YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəttah Heydərov: Qəbələ Beynəlxalq Musiqi Festivalı hələ uzun illər Azərbaycanı dünyaya tanıdacaq

Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycanda keçirilən mədəni tədbirlərin içərisində öz tarixinə, məzmununa, əhatəliliyinə görə ən gözəl festivallardan biridir. On bir il əvvəl Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsası qoyulan bu festival indi öz tarixi günlərini yaşayır. Bu illər ərzində festivala gələn insanların, iştirak edən kollektivlərin sayı artıb. Azərbaycana indi dünyanın hər yerindən maraq olduğu üçün festivala gələnlərin əhatə dairəsi də genişlənib. Uzaq Çindən, Amerikadan, İngiltərədən, Amaniyadan, Fransadan, Şərq ölkələrindən, Türkiyədən, İrandan festivala qonaqlar gəlir. Bizim festivalda dünyanın ən görkəmli sənət adamları iştirak edirlər. Onlar çox istedadlı insanlardır və hər kəs onları görmək, ifalarını dinləmək istəyir.

Bu sözləri XI Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimində jurnalistlərə müsahibəsində Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov deyib.

Müstəqil Azərbaycanda gedən inkişafın dünya dövlətlərinin diqqətini cəlb etdiyini vurğulayan Ağsaqqallar Şurasının sədri bildirib ki, ölkəmizdə sülhə, əmin-amanlığa, sabitliyə, sakitliyə, insanların maddi rifahının yaxşılaşmasına xidmət edən siyasət indi dünyanın hər yerindən göründüyü üçün Qəbələ festivalı da artıq musiqi dünyasının diqqətini özünə cəlb edir. “Ümidvaram ki, bu festival da uğurla keçəcək və yenə də öz miqyası, dəyəri ilə insanlar arasında dostluğun, əmin-amanlığın, qarşılıqlı münasibətlərin yaranmasında böyük uğurlar qazanacaq. Qəbələ festivalı hələ uzun illər Azərbaycanı dünyaya tanıdacaq”, - deyə Fəttah Heydərov bildirib.