YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Ölkəmizdə qeyri-neft sənayesinin 15.7 faiz artması yüksək göstəricidir

“Azərbaycan iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıraraq dərinməzmunlu sosial siyasət həyata keçirib. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, ölkəmizdə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır”. Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq respublikamızda vətəndaşların rifah halının davamlı olaraq yaxşılaşdırılmasına, gəlir imkanlarının artırılmasına, onlara göstərilən xidmətlərin əlçatanlığının təmin olunmasına yönələn müxtəlif tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, respublikamızda 2019-cu ilin əvvəlindən isə ötən il anonsu verilən böyük sosial paketin icrası aktiv fazaya daxil olub.

“İlin əvvəlindən bəri dövlət başçısı bilavasitə ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəldilməsinə, onları narahat edən müxtəlif sosial məsələlərin həllinə yönələn çoxlu sayda Fərman və sərəncamlar imzalayıb. Prezident İlham Əliyev iyulun 31-də keçirilən sosial-iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki nitqində vurğulayıb ki, görülən bu işlər nəticəsində 4 milyon insan imzalanmış fərman və sərəncamlardan bu və ya digər formada faydalanıb. Bütövlükdə,  Azərbaycan dünyaya nümunəvi inkişaf modeli təqdim edir. Statistik göstəricilərə nəzər saldıqda və müqayisəli təhlillər apardıqda aydın şəkildə görünür ki, beynəlxalq miqyasda Azərbaycan qədər dinamik iqtisadi inkişaf göstəriciləri qazanan ölkələrin sayı azdır. Bu ilin birinci yarısında rübündə respublikamızda iqtisadi artım 2.4 faiz səviyyəsində olub ki, bu da yaxşı göstəricidir. Qeyri-neft sənayesinin 15.7 faiz artması isə xüsusilə təqdirəlayiqdir. Bütün bunlar dinamik inkişafın nəticələridir”-deyə, T.Rzayev vurğulayıb.