YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: İdmançılarımız XV Avropa Gənclər Olimpiya Festivalında parlaq nailiyyətlər qazandılar

“Azərbaycan bu günlərdə ən mötəbər idman tədbirlərindən biri olan XV Avropa Gənclər Olimpiya Festivalına yüksək səviyyədə ev sahibliyi edərək növbəti dəfə tarix yazdı. İdmançılarımız XV Avropa Gənclər Olimpiya Festivalında parlaq nailiyyətlər qazandılar”. Bu fikirləri Milli Olimpiya Komitəsinin baş katibi, Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, yarışların keçirildiyi 7 gün ərzində dünya, o cümlədən Avropanın idman ictimaiyyətinin gözü Azərbaycanda idi. Onun sözlərinə görə, festivalın yarışları, sözün həqiqi mənasında, əsl idman bayramına çevrildi. Azərbaycan komandası yarışlarda 122 idmançı ilə mübarizə aparırdı. Atletlərimiz böyük əzmkarlıq göstərərək komandamızın aktivinə 10 qızıl, 7 gümüş və 6 bürünc medal yazdırıblar. Bu nəticə ilə Azərbaycan yığma komandası 48 ölkə arasında dördüncü oldu.

Azərbaycanda idman sahəsində görülən işlərə dünyanın ən nüfuzlu idman qurumları tərəfindən yüksək qiymət verildiyini bildirən MOK-un baş katibi ölkəmizdə idmana cavabdehlik daşıyan bütün qurumların bir komanda halında fəaliyyət göstərmələrinin nailiyyətlərin sayının daha da artmasına səbəb olduğunu bildirib.

 “Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar Azərbaycan idmanında daha böyük nailiyyətlərin əldə edilməsi üçün birgə səy göstərirlər. Azərbaycan güclü idman dövlətidir və əldə edilən nailiyyətlərin sayı durmadan artır. İdmançılarımız ildən-ilə daha böyük uğurlar qazanırlar. Uğurların artması göstərir ki, idman Azərbaycanda sürətlə inkişaf edib. Diqqət etsək görərik ki, yalnız ən inkişaf etmiş ölkələrin idmançıları yüksək uğurlar əldə edirlər. Məhz Azərbaycanda bütün sahələrdə gedən uğurlu inkişaf idmanda da parlaq nəticələrin əldə edilməsi üçün imkanlar yaradıb. Əminik ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan idman dövləti kimi gələcəkdə də yenilməz gücünü dünyaya nümayiş etdirəcək”-deyə, A.Abiyev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv