YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: Vergi daxilolmalarında qeyri-neft sektorunun payı 70,1 faizə çatıb

Vergi daxilolmalarında qeyri-neft sektorunun payı 70,1 faizə çatıb.

Bu barədə Vergilər naziri Mikayıl Cabbarov iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə deyib.

Nazir qeyd edib: “Bu, 2018-ci ildəki 65,8 faizlə müqayisədə əhəmiyyətli artımdır. Ümumilikdə, qeyri-neft sektoru üzrə daxilolmanın artım tempi 14,3 faiz təşkil edib. Bu da iqtisadiyyatın müvafiq sektorunun artım tempini üstələyir və illik proqnozun 51,1 faizini artıq icra etmişik. Qeyri-neft sektorunun özündə isə özəl sektorun payı çox yüksəkdir – 77 faiz özəl sektor tərəfindən təmin edilib. Vergi islahatları nəticəsində əmək müqavilələrinin sayında əhəmiyyətli artım qeydə alınıb. Toplam 6 ay ərzində 101 min yeni əmək müqaviləsi qeydiyyata alınıbdır. Bu rəqəmin 77 mini özəl qeyri-neft sektorunda qeydə alınıbdır. Bu da Sizin göstərişinizlə həyata keçirilən vergi güzəşti islahatının birbaşa nəticəsidir. Onu da qeyd etmək istəyirəm ki, vətəndaşlarımızın sərəncamında yalnız bu vergi güzəştindən qalan məbləğ 6 ay ərzində 150 milyon manat təşkil edib, hansı ki, əvvəlki illərdə vergi qismində ödənilirdi. Bu proses davam edir. Bu günə olan rəqəmlər də onu göstərir ki, iyul ayında da bu proses eyni sürətlə davam edir. Aktiv obyektlərin sayında artım müşahidə edirik – 14 faiz aktiv, əlavə dəyər vergiödəyicilərinin sayında isə 40 faiz artım müşahidə edirik”.

 

DİGƏR Xəbərlər Arxiv