YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“EYOF Bakı 2019”: Bakı Su İdmanı Sarayında üzgüçülük yarışlarının üçüncü gününə start verilib

İyulun 24-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük yarışlarının üçüncü gününə start verilib.

Yarışın səhər sessiyasında 200 metr məsafəyə sərbəst və arxası üstə, 100 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışları keçiriləcək. Həmçinin üzgüçülər 4x100 metr məsafəyə sərbəst üzmə yarışlarında mübarizə aparacaqlar.

Axşam sessiyasında isə yarımfinal və final mərhələsi keçiriləcək.