YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Ölkəmizin iqtisadiyyatının dinamik inkişafı uğurla davam edir

“Ölkəmizin iqtisadiyyatının dinamik inkişafı uğurla davam edir”. Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov  bildirib ki, bu gün Azərbaycanda təbii-iqtisadi imkanlardan istifadə etməklə çox güclü və dayanıqlı bir iqtisadiyyat formalaşıb. Onun sözlərinə görə, ölkənin makroiqtisadi göstəriciləri hər il artımla müşahidə olunur.

“Məhz Prezident İlham Əliyevin yürütdüyü siyasi kurs yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan dövlətinin bütün sahələrdə yüksək göstəricilərə nail olmasında müstəsna rol oynayıb. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən məqsədlərə çatılması, sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin hüquqi dövlət quruculuğu yolunda atılan addımlar Azərbaycanın hər sahədə dinamik inkişafını təmin edən faktorlardır”-deyə, deputat qeyd edib.