YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın dövlət idarəetmə sahəsində təcrübəsinin digər ölkələrdə tətbiqinə dair birgə missiyalar təşkil olunacaq

Azərbaycanın dövlət idarəetmə sahəsində təcrübəsinin digər ölkələrdə tətbiqi ilə bağlı birgə missiyalar təşkil olunacaq.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) bildirilib ki, qurumun icraçı direktoru Vüsal Qasımlı Beynəlxalq Məsləhət Komitəsinin Bakıda səfərdə olan vitse-prezidenti, Afrika Təlim və Tədqiqat Mərkəzinin səfiri Yelena Lagger ilə görüşüb.

Vüsal Qasımlı Azərbaycanda, xüsusən də dövlət idarəetmə aparatında aparılan islahatlarla bağlı məlumat verib. İcraçı direktor bildirib ki, bu islahatlar açıq hökumət, yaxşı idarəetmə prinsiplərinə uyğundur: “Prezident İlham Əliyevin ilin əvvəlindən həyata keçirdiyi struktur islahatları idarəetməni daha çevik, yığcam və məqsədyönlü etməklə, həm də onun səmərəliliyini artırıb. Dövlət idarəetmə islahatlarının bir istiqaməti də onun rəqəmsallaşmasıdır. Hazırda İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzi 30-a qədər dövlət proqramının monitorinq və qiymətləndirməsini həyata keçirir. Bu monitorinq və qiymətləndirmə sistemi nəticəsində Data əsaslı idarəetmə həyata keçirilir. Dövlət idarəetmə aparatında islahatlar mütəmadi olaraq, iqtisadiyyatın və cəmiyyətin yeni çağırışlarına uyğun şəkildə aparılır”, - deyə V.Qasımlı vurğulayıb.

Qeyd edək ki, Beynəlxalq Məsləhət Komitəsinin vitse-prezidenti Yelena Laggeri Bakıya BMT-nin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə gerçəkləşdirilən BMT-nin Dövlət Xidmətləri Forumunda iştirak etmək üçün səfər edib.

İİTKM-in icraçı direktoru ilə görüşdə Y.Lagger vurğulayıb ki, Azərbaycan dövləti idarəetmə sahəsində əldə olunan uğurları inkişaf etməkdə olan ölkələr üçün yaxşı nümunədir. O əlavə edib ki, Azərbaycanın dövlət idarəetmə sahəsində təcrübəsinin digər ölkələrdə tətbiqi ilə bağlı təcrübə mübadiləsi və birgə tədbirlər həyata keçirilməlidir. Bunun üçün gələcəkdə birgə missiyalar təşkil olunacaq.