YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Azərbaycandakı islahatların məqsədi vətəndaşların müdafiəsi, hüquq və azadlıqlarının tam təmin edilməsidir

Azərbaycan Respublikası Avropa Şurasına 2001-ci ildə üzv olub. Bu vaxta qədər ölkəmiz sovet irsindən qurtulmaq üçün dövlət idarəçiliyində, məhkəmə sahəsində və iqtisadi sahədə köklü islahatlara başlayıb. Avropa Şurasına üzv olmaq açıq şəkildə ölkəmizdəki ictimai həyatın demək olar ki, hər bir sahəsini əhatə edən davamlı islahatlara böyük təkan verdi. Azərbaycan bu təşkilatın tərkibində bir sıra öhdəliklər götürdü, onları yerinə yetirmək üçün davamlı tədbirlər görülüb və onların əksəriyyəti artıq başa çatıb. Konstruktiv və kömək etmək niyyətli tənqidləri dinləməyə etiraz etmirik. Ancaq qeyd etmək istəyirəm ki, Azərbaycanda başlanan islahatların əsas məqsədi vətəndaşların müdafiəsi, eləcə də onların hüquq və əsas azadlıqlarının tam təmin edilməsidir.

Bu fikirləri AŞPA-nın yay sessiyası çərçivəsində təşkil olunmuş “Yeni çağırışlar və Azərbaycanda davam edən islahatlar” adlı tədbirdə qurumdakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov söyləyib.

Səməd Seyidov bildirib ki, bu məqsədlərə nail olmaq üçün illər ərzində ardıcıl fəaliyyət planları, qanunvericilik təşəbbüsləri və siyasi qərarlar qəbul olunub. İqlim dəyişikliyi, yeni çağırışlar mütəmadi olaraq yeni addımlar atılmasını və ya mövcud tədbirləri yenidən nəzərdən keçirməyi tələb edir. Vətəndaş cəmiyyətini təmsil edən təşkilatlarla qarşılıqlı əlaqələr ölkədəki islahatların mühüm tərkib hissəsidir.

“Son vaxtlar ölkəmizin və cəmiyyətin gələcəyi üçün bir sıra çox vacib islahatlar həyata keçirilib və belə tədbirlər vasitəsilə Strasburqdakı həmkarlarımızı məlumatlandırmaq istəyirik. Ümid edirəm ki, bu tədbir vətəndaş cəmiyyəti, parlament və hökumət nümayəndələri üçün davam edən islahatların, xüsusilə də ədliyyə sistemində aparılan islahatların perspektivlərini bölüşməyə imkan yaratdı”, - deyə S.Seyidov vurğulayıb.

Nümayəndə heyətimizin rəhbəri diqqəti Azərbaycan Prezidentinin bu sahə ilə bağlı imzaladığı sərəncam və fərmanlara cəlb edib.