YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yanvar-may aylarında Azərbaycana gələn turistlərin sayı 3,8 faiz artıb

Yanvar-may aylarında Azərbaycana gələn turistlərin sayında ötən ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artım müşahidə olunub.

Bu barədə iyunun 13-də Bakıda keçirilən V Azərbaycan-Avropa İttifaqı biznes forumu çərçivəsində "Turizm" adlı panel iclasda Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib.

O bildirib ki, ötən il ölkəyə 2,8 milyon turist gəlib. Çin, Koreya Respublikası və Yaponiyadan gələn turistlərin sayında 8-9 faiz artım olub. Həmçinin, Yaxın Şərq ölkələrindən, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayı da artıb.