YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında” Sərəncam imzalayıb

Azərbaycanda sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslər təltif ediliblər.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, bir nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 20 nəfər "Tərəqqi" medalı, iki nəfər isə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

Ölkə başçısının digər Sərəncamı ilə Azərbaycanın iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə iki nəfərə "Əməkdar mühəndis" fəxri adı verilib.