YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elçin Quliyev: Ölkəmiz mötəbər beynəlxalq tədbirlərin keçirilməsi baxımından dünya üçün bir nümunədir

“Azərbaycan dünyada böyük  nüfuza sahib ölkə kimi mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Bu baxımdan, Bakıda UEFA Avropa liqasının final oyunun uğurla keçirilməsi də buna sübutdur”. Bu fikirləri Milli Məclisin deputatı Elçin Quliyev deyib.

E.Quliyev bildirib ki, Azərbaycanın möhtəşəm beynəlxalq tədbirlərin keçirilməsi üçün böyük təcrübəsi var. Onun sözlərinə görə, müasir dünyanın xüsusi diqqət yönəltdiyi dialoq və sülh naminə beynəlxalq forumlar, mühüm idman yarışları məhz ölkəmizdə keçirilir: “2015-ci ildə ilk dəfə keçirilən Avropa Oyunlarının təşkil olunması hüququnun məhz Azərbaycana verilməsi ölkəmizdə idman və mədəniyyət tarixində mühüm hadisəyə çevrildi. Eyni zamanda, İslam Həmrəyliyi Oyunları, Dünya və Avropa çempionatları, Formula 1 yarışları və bu qəbildən olan digər mühüm tədbirlərin ölkəmizdə yüksək səviyyədə keçirilməsi Azərbaycanın potensialını və qüdrətini göstərir, respublikamızın beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirir. Şübhəsiz ki, ölkəmizin iqtisadi inkişafı, müasir infrastruktur, ən əsası, təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması belə tədbirlərin Azərbaycanda keçirilməsinə dair qərarların qəbul edilməsində həlledici rol oynayır”.

Millət vəkili qeyd edib ki, bütün bu tədbirlər yüksək təhlükəsizlik şəraitində reallaşıb. E.Quliyev deyib ki, final oyununu izləmək üçün 30 min nəfərə qədər əcnəbi ölkəmizə gəlib və onlar Bakının gözəlliyi ilə yanaşı təşkilatçılıq, təhlükəsizlik məsələlərinin yüksək səviyyədə təmin olunduğunu xüsusi vurğulayıblar.

“Mayın 29-da Bakıda UEFA Avropa Liqasının, iyunun 1-də isə Madriddə Çempionlar Liqasının final qarşılaşmaları keçirildi. Bakı qitənin ən nüfuzlu iki klub turnirindən birinə ilk dəfə ev sahibliyi etməsinə baxmayaraq, yüksək təşkilatçılıq qabiliyyəti, azarkeşlər üçün yaradılan şərait, ən əsası isə təhlükəsizlik baxımından Madrid finalını açıq-aşkar geridə qoydu. Bakı finalının izləmək üçün ölkəmizə gəlmiş əcnəbi azarkeşlər müsahibələrində final qarşılaşmasının yüksək səviyyədə təşkilindən, onlar üçün yaradılan şəraitdən, təşkil olunan müxtəlif mədəni proqramlardan məmnunluqla bəhs edirdilər. Lakin bunun fonunda UEFA Çempionlar Liqasının Madriddəki final qarşılaşması ilə əlaqədar azarkeşlər üçün ortaya çıxan çətinliklər, nəqliyyat problemi, biletlərin qiymətlərinin qara bazarda satılması, polisin sərt müdaxilələri barədə tanınmış idman nəşrlərində yer alan məqalələr, azarkeşlərin sosial şəbəkələrdəki paylaşımları Madridin mötəbər idman tədbirlərini təşkil etmək sahəsində Bakını örnək ola bilməsinin vacibliyini ortaya qoyur. Göründüyü kimi, Ölkəmiz mötəbər beynəlxalaq tədbirlərin keçirilməsi baxımından dünya üçün bir nümunədir”-deyə, deputat qeyd edib.