Xəbərlər
Giorgi Volski: Gürcüstan ilə Azərbaycan arasında danışıqlar strateji tərəfdaşlıq əsasında aparılmalıdır
Gürcüstan ilə Azərbaycan arasında sərhəd məsələsinə dair danışıqlar strateji tərəfdaşlıq münasibətləri əsasında aparılmalıdır.
Bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin vitse-spikeri Giorgi Volski söyləyib. O deyib ki, iki ölkə arasındakı strateji tərəfdaşlıq xüsusi önəmə malikdir.
Sərhədlərin delimitasiyası ilə bağlı danışıqların davam etdiyini qeyd edən vitse-spiker həmkarlarını və opponentlərini səs-küylü bəyanatlardan çəkinməyə çağırıb.