YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə təbrik ünvanladı.

Təbrikdə deyilir: “İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş İordaniya xalqına daim sülh və rifah arzulayıram.”