YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bolqarıstan Prezidenti: Dövlətlərimiz arasındakı əməkdaşlığın inkişafı yüksələn xətlə davam edəcəkdir

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi, ölkənizin və xalqınızın rifahı üçün ürəkdən gələn arzularımı qəbul etməyinizi xahiş edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Bolqarıstan Respublikasının Azərbaycan Respublikası ilə strateji əməkdaşlıq əlaqələrinin davamlı olmasına marağını bir daha təsdiq etmək istərdim.

Əminəm ki, dövlətlərimiz arasındakı əməkdaşlığın inkişafı yüksələn xətlə davam edəcəkdir. Çünki bu münasibətlər sabit zəminə – xalqlarımız arasındakı dostluq əlaqələrinə əsaslanır.

Hörmətli cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.”