YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan təmsilçisi "Avroviziya-2019" beynəlxalq mahnı müsabiqəsinin finalına yüksəlib

İsrailin Tel-Əviv şəhərinin "Ekspo Tel-Əviv" arenasında 64-cü "Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

Beynəlxalq mahnı müsabiqəsinin aparıcıları supermodel Bar Rafaeli, teleaparıcılar Erez Tal, Assi Azar və aktrisa Lüsi Ayub olublar.

Azərbaycan təmsilçisi Çingiz Mustafayev "Truth" mahnısı ilə "Avroviziya-2019" beynəlxalq mahnı müsabiqəsinin finalına yüksəlib.

Azərbaycanla yanaşı, finala Şimali Makedoniya, Niderland, Albaniya, İsveç Rusiya, Danimarka, Norveç, İsveçrə və Malta da yüksəliblər.

Qeyd edək ki, final mayın 18-də keçiriləcək.