YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Brüsseldə 3-4 nəfər anti-milli ünsürün şou göstərməsi açınacaqlı haldır

Azərbaycan dünyada söz sahibinə çevrildiyi, beynəlxalq nüfuzunun artıdığı, beynəlxalq tədbirlərin, layihələrin keçirildiyi məkana çevrildiyi bir vaxtda Belçika Krallığının paytaxtı Brüsseldə 3-4 nəfər anti-milli ünsürün aksiya keçirməyə çəht etməsi bir daha sübut etdi ki, ölkəmizin uğurları kimlərinsə məkrli planlarına mane olur. Aydın məsələdir ki, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artmasını, gənc, müstəqil dövlətimizin regionda söz sahibinə çevrilməsini gözü götürməyən qüvvələr ölkəmizdə möhtəbər tədbirlərin həyata keçirildiyi bir vaxtda daha da fəallaşırlar. Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmizin durmadan artan inkişafı, nailiyyətləri bu qüvvələrin yuxusunu ərşə çəkdiyi üçün hər an pusquda dayanıb, fürsət gözləyirlər. Yalan, şər, böhtan, uydurma xarakterli xəbərlərlə ölkəmizin imicinə xələl gətirməyə çalışırlar. Xaricdə yaşayan antimilli 3-4 nəfərin Brüsseldə aksiya keçirməsi, daha doğrusu şou göstərməsi Azərbaycanın əksinə təbliğat aparması acınacaqlı haldır. Onların bu əməli bir daha göstərdi ki, bu insanlar üçün müqəddəs bir şey qalmayıb.

Vətəninə, el-obasına qənim kəsilən 3-4 anti-milli ünsürün belə fəallıq göstərməsi həm də ölkəmizin uğurlarından, qazandığı nailiyyətlərin yeni bir müstəviyə qədəm qoyduğundan xəbər verir. Gözləri daim xarici havadarlarının cibində olan xainlərin həmişə olduğu kimi bu dəfə də arzu və istəkləri ürəklərində qalacaq.