YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Süleymanov: Əhalinin sosial müdafiəsinin gücləndirilməsini şərtləndirən addımlar sırasında regional inkişaf proqramları vacib yer tutur

“Ölkəmiz özünün hədəflərinə çatmaqdan ötrü daxili potensialını, qlobal çağırışları və müsbət beynəlxalq təcrübəni nəzərə alaraq yeni inkişaf modeli müəyyənləşdirib”. Bu fikri Milli Məclisin deputatı Tahir Süleymanov deyib.

T.Süleymanov bildirib ki, yeni iqtisadi və sosial inkişaf modelimiz beynəlxalq maliyyə qurumlarının hesabtlarında təqdir olunur. Azərbaycanın yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün əsas məkan seçilməsi islahatların zamanın tələbinə uyğun olaraq təkmilləşdirilməsinə əsaslanır. Onun sözlərinə görə, dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki, islahatların davam etdirilməsi üçün çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq.

“Sosial dövlət özünün bütün vətəndaşlarının iqtisadi və ictimai tərəqqisinə imkanlar yaradır. Ölkəmizdə əmək haqlarının, pensiyaların artırılması müsbət dinamikanın göstəricisidir. Ölkə Prezidentinin qeyd etdiyi kimi, əlavə gəlirlər, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəldilir. Minimum əməkhaqqının, pensiyaların, sosial müavinətlərin, tələbələrin təqaüdlərinin artırılması, çoxmənzilli binaların sənədləşdirilməsi və problemli kreditlərin həlli ilə bağlı imzalanan sərəncamlar dövlətin siyasətində insan amilinə verilən dəyərin təsdiqidir. Bütün bu kimi biri-birindən mühüm addımlar böyük sosial paketin tərkib hissəsidir. Dövlətimizin başçısı İlham Əliyev bu mühüm məqamı daim bildirir ki, ehtiyac içində yaşayan vətəndaşlara dövlət həmişə öz yardımını göstərir və göstərəcək. Əhalinin sosial müdafiəsinin gücləndirilməsini şərtləndirən addımlar sırasında regional inkişaf proqramlarının uğurlu icrasını da xüsusi qeyd etməliyik. Artıq 3 Dövlət Proqramının icrası başa çatıb, dördüncü Dövlət proqramı qəbul olunub. Hər bir proqram özündə əks olunan mühüm vəzifələr və icra mexanizmləri ilə diqqət çəkir”-deyə, T.Süleymanov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv