YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fərhad Hacıyev: Dünya gəncləri zorakılığa, terrorizmə qarşı birgə mübarizə aparmalıdır

“Zorakılıq, ekstremizm və terrorizm zəminində qeyri-tolerantlıq yaranır, irqi, etnik və dini münaqişələr meydana gəlir. Bu münaqişələr dünyanı bürüyür, terrorizm və dözümsüzlük sərhəd tanımır. Bu da istənilən cəmiyyət, xüsusilə də gənclər üçün təhlükələr yaradır”. Bu fikirləri gənclər və idman nazirinin müavini Fərhad Hacıyev deyib.

F.Hacıyev bildirib ki, beynəlxalq təşkilatlar indiyədək zorakılıq, ekstremizm və terrorizmə qarşı heç bir səmərəli mübarizə mexanizmi aşkar etməyiblər. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bütün dünyaya məlumdur. Torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

“Müxtəlif qitələrdən olan insanları bir araya gətirən mədəniyyətlərarası dialoq mədəni fərqləri, xüsusiyyətləri, savadsızlığı aradan qaldıracaq və buna öz töhfəsini verəcək. Fərqliliyi aradan qaldırmaq üçün bir olmalı, bunun üçün təhsil, idman, incəsənət, mədəniyyət və digər sahələrdən istifadə etməli və birləşdirici mövqe tutmalıyıq. Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu məqsədlərə çatmaq və təcrübəni bölüşmək üçün ən səmərəli, əvəzsiz platformadır. Dünya gəncləri öz həmkarları ilə qeyd olunan sahələr vasitəsilə əlaqə saxlayıb zorakılığa, terrorizmə qarşı birgə mübarizə apara bilərlər. Bunun üçün gənclər sosial təcrübəyə cəlb olunmalıdırlar”-deyə, nazir müavini vurğulayıb.