YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkədə əhalinin hər nəfərinə düşən ÜDM istehsalı 4696.3 manat olub

2014-cü ilin ötən dövründə ötən ilin müvafiq dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul istehsalı 2.5 faiz, yaxud müqayisəli qiymətlərlə 1.1 milyard manat artaraq 44.1 milyard manata çatıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, ÜDM-in 61.6 faizi məhsul istehsalı sahələrində, o cümlədən 44.3 faizi sənayedə, 11.9 faizi inşaat kompleksində, 5.4 faizi kənd təsərrüfatında yaradılmışdır.

Xidmət sahələrinin ÜDM-də xüsusi çəkisi 31.2 faiz, o cümlədən nəqliyyatın 4.7 faiz, ticarət və pullu xidmətlərin 9.8 faiz, rabitənin 1.7 faiz, sosial və digər xidmətlərin 15.0 faiz təşkil etmişdir. ÜDM-in 7.2 faizi məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Orta hesabla əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 4696.3 manat (5987.9 ABŞ dolları) olmuşdur. 
Əlavə dəyər istehsalı qeyri-neft sektorunda 6.0 faiz artmışdır.