YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Anatolian Phoenix-2019” təlimində iştirak edəcək Azərbaycanın hərbi helikopterləri Türkiyədədir

“Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) helikopterləri Konya şəhərinə çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbi pilotlarımız plana uyğun olaraq bu gündən hazırlıq məşqlərinə başlayacaqlar.

Mayın 24-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin iki “Mi-35” və iki “Mi-17” helikopteri iştirak edir.