YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Ağcabədidə “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda konfrans keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda  II Beynəlxalq Elmi Konfrans çərçivəsində Ağcabədi rayonunda yerləşən 556 ailəlik məcburi  köçkün  qəsəbəsində yerləşən Xocavənd  rayon Xocavənd kənd 1 saylı köçkün tam orta məktəbdə konfrans keçirilmişdir.

Konfransı YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov  açaraq, qonaqları salamlamış,  konfransın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı il ildönümü münasibətilə keçirilən Beynəlxalq  Elmi Konfransın davamı olaraq bölgələrdə davam etdiyini bildirmiş, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Dövlətçiliyi və xalqımız qarşısındakı misilsiz  xidmətləri barədə məlumat vermişdir.

Konfransda Azərbaycan Dillər Universitetinin dosenti Ceyhun Alıyev “Multikulturalizm və dini  identiklik” mövzusunda, Azərbaycan Dillər Universitetinin müəllimi, İqtisadiyyat üzrə fəlsəfə doktoru Şəfəq Abdullayeva “Heydər Əliyev-Azərbaycançılıq ideologiyası və  multikulturalizm” mövzusunda, Azərbaycan Dillər Universitetinin müəllimi, İqtisadiyyat üzrə fəlsəfə doktoru Sevda  Məhərrəmova “Multikulturalizm Azərbaycanda Beynəlxalq münasibətlərin elementi kimi” mövzusunda, Xocavənd rayon  Xocavənd kənd 1 saylı köçkün məktəbinin müəllimi Gülbuta Tahirova “Heydər Əliyevin gənc nəslə tövsiyələri ” mövzusunda,  həmin məktəbin müəllimi Mehriban Behbudlu “Heydər Əliyev və Azərbaycan məktəbi” mövzusunda çıxış etmişlər.

Tədbirin sonunda  Xocavənd  rayon  Xocavənd kənd 1 saylı köçkün tam orta məktəbin  V sinif şagirdi Sərmayə Mehralıyeva şeir söyləmiş,  məktəbin direktoru Sürəyya Məmmədova  tədbirdə iştirak etdiklərinə görə qonaqlara öz təşəkkürünü bildirmiş, ucqarda yerləşən  bir köçkün məktəbində Beynəlxalq konfransın təşkili üçün öz minnətdarlığını ifadə etmişdir.

DİGƏR Partiya xəbərləri Arxiv