YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin İsmayılov: Forumda Azərbaycanın uğurlu gənclər siyasəti modeli gənc liderlərin diqqətinə çatdırılıb

«Bakıda keçirilən Gənclər siyasəti üzrə I Qlobal Forum  xüsusi əhəmiyyətə malikdir idi”. Bu fikri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının  sədri Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, bu forum ilk dəfə keçirilməsi ilə Azərbaycanın ev sahibliyi baxımından tarixə düşdü. Onun sözlərinə görə, 70-ə yaxın ölkə Gənclər siyasəti üzrə I Qlobal Forumunda iştirak edib.

«Burada dünyanın gənclər sahəsi ilə məşğul olan şəxslər iştirak edirdi. Bu, həm də gənc liderlərin toplantısı idi. Təbii ki, burada böyük təcrübə mübadilələrinin aparılması, dünyada gənclər sahəsində çatışmazlıqlar, inkişafı sürətləndirməyə yönəlmiş müzakirələr  və s. baxımından əhəmiyyətlidir. Ölkəmizin belə bir tədbirə ev sahibliyi etməsi, tədbirin yüksək səviyyədə təşkili, cənab Prezident İlham Əliyevin iştirakı və proqram xarakterli çıxışı Azərbaycanın uğurlarının geniş auditoriyaya çatıdırılması baxımından vacib məqamlardan biri idi. Düşünürəm ki, Azərbaycanın uğurlu gənclər siyasəti modeli və ölkəmizdə gənclərə verilən önəm forum çərçivəsində bir daha gənc liderlərin diqqətinə çatdırıldı»- deyə, Ş.İsmayılov qeyd edib.