YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov: UEFA Avropa Liqasının final oyunu ilə bağlı Azərbaycana gələcək azarkeşlərin yerləşdirilməsində heç bir problem yaranmayacaq

UEFA Avropa Liqasının final oyunu ilə bağlı Azərbaycana gələcək azarkeşlərin yerləşdirilməsində heç bir problem yaranmayacaq.

Bunu Gənclər və İdman naziri Azad Rəhimov deyib.

A.Rəhimov qeyd edib ki, Bakıda otellərdə 17 mindən artıq otaq var: "Nəzərə alsaq ki, bəzi otaqlarda 2 nəfər qala bilər, bu onu göstərir ki, azarkeşlər otellərdə tam şəkildə yerləşdirə bilərlər".

Gənclər və İdman naziri daha sonra əlavə edib: “Təcrübə göstərir ki, Bakıda son illər çox sayda mənzillər də qonaqlara kirayəyə verilir. Bunun üçün xüsusi saytlar fəaliyyət göstərir. Formula 1 yarışına baxmaq üçün gələn qonaqlar da bu mənzillərdən tam şəkildə istifadə ediblər. Yenə də turistlər bu mənzillərdən istifadə edəcəklər”.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçı saat 23:00-da başlayacaq.