YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İdris İsayev: Dövlət vəsaiti hesabına təhsil alanların sayı artırılacaq

Yeni tədris ili üçün ali məktəblərdə dövlət sifarişli tələbə qəbulu yerlərinin sayı 65 faiz artırılacaq.

Bunu təhsil nazirin müavini İdris İsayev deyib.

Onun sözlərinə görə, gələcəkdə ali təhsil müəssisələrinə tələbə qəbulu üçün dövlət sifarişli yerlərin sayının artırılması nəzərdə tutulur:

“Yaxın günlərdə bununla bağlı təklif hökumət tərəfindən təsdiq ediləcək. Hər il tələbə qəbulu üçün təxminən 12 300 dövlət sifarişli yer təsdiq olunurdusa, 2019-2020-ci tədris ilində bu göstərici 20 400-ə yaxın olacaq. Bu isə 65 faizə yaxın artım deməkdir. Bu artımla daha 8 minə yaxın tələbə dövlət büdcəsinin vəsaiti hesabına ali təhsil almaq imkanı əldə edəcək.

DİGƏR Xəbərlər Arxiv