YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan bütün mənalarda Şərq və Qərb arasında körpüdür və sivilizasiyalar arasında dialoqa böyük töhfələr verir

“Bu gün  dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər  arasında dialoqun qurulması üçün çox önəmlidir. Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da məhz bu məqsədə xidmət edir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxlaq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, ilk forumlarda Azərbaycan bu tədbirin keçirilməsinə çox  maraqlı idi. Çünki bunun vasitəsilə tariximizi,  mədəniyyətimizi, tolerantlığımızı və müasir inkişafımızı beynəlxalq aləmə təqdim etməyə çalışırdıq. Artıq Bakıda  V Forum keçirildi bu forumun keçirilməsinə bütün dünya maraqlıdır. Ölkəmizin ev sahibliyi ilə keçirilən bu mötəbər tədbir BMT və digər beynəlxalq qurumlar tərəfindən çox yüksək qiymətləndirilir.

“Hazırda dünyanın bir sıra nöqtələrində  münaqişələr, dini dözümsüzlük , radikalizm mövcuddur.  Bütün bunların yaranmasında səbəb dialoqun olmaması ilə yanaşı qarşılıqlı hörmətin olmamasıdır. Hörmət anlayışının yüksək tutulmasında Azərbaycanın təcrübəsi və  nümunəsi ortadadır. Hörmət deyəndə, xalqlar arasında, dövlətlər arasında hörmət, dövlətlərin daxili siyasətinə, beynəlxlaq təşkilatlarda üzv dövlətlərə, bərabərhüquqlu əməkdaşlığa, dəyərlərə hörməti nəzərdə tuturuq. Bu hörmətin təmin edilməsi Azərbaycan tərəfindən çox gözəl nümayiş etdirilir.  Azərbaycan bütün mənalarda Şərq və Qərb arasında körpüdür və sivilizasiyalar arasında dialoqa böyük töhfələr verir. Bütövlükdə, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bəşəriyyət üçün aktual olan qlobal əhəmiyyətli məsələlər müzakirəyə çıxarılır, səmərəli müzakirələr – fikir mübadilələri aparılır. Qlobal miqyasda mühüm beynəlxalq tədbirlərdən biri olan bu Forum dünya ictimaiyyətinin diqqətinə mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlıq ənənələrinin təşviqi kimi məsələlərin çatdırılması baxımından xüsusi əhəmiyyətə malikdir. Sözügedən tədbirdə də qeyd edildiyi kimi, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Qərblə İslam dünyası arasında mədəniyyətlərarası dialoqa mühüm töhfədir. Eyni zamanda, Forumda səsləndirilən fikirlər Azərbaycanın mədəniyyətlərarası dialoqda aparıcı dövlətlərdən biri olduğunu bir daha təsdiq edir. V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində nitq söyləyən Prezident İlham Əliyev bu məqamlara toxunaraq Forumun nisbətən qısa zaman ərzində cari gündəlikdə duran mövzulardan biri olan mədəniyyətlərarası dialoqun müzakirəsi baxımından qlobal platformaya çevrildiyini bildirib. Bütün bunlar, Azərbaycanın xoşməramlı təşəbbüslərinin təzahürüdür”-deyə, S.Fətəliyeva vurğulayıb.