YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Firdovsi Fikrətzadə: Son illər kənd təsərrüfatı sahəsində aparılan islahatlar öz nəticələrini verməkdədir

“Son illər kənd təsərrüfatı sahəsində aparılan islahatlar öz nəticələrini verməkdədir. 2018-ci ildə kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi əvvəlki illə müqayisədə 4,6 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 6,8 faiz artıb. Heyvandarlıq məhsullarının istehsalında artım 2,7 faiz təşkil edib. Keçən il 1,5 milyon tondan çox tərəvəz, 1 milyon tondan çox meyvə və giləmeyvə istehsal olunub. Bu isə müstəqillik dövründə qazanılmış ən yüksək nəticədir. Həmçinin meyvə-tərəvəz məhsullarının ixracı 11,1 faiz artaraq 530 milyon ABŞ dolları olub”. Bu fikirləri Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə  deyib.

F.Fikrətzadə bildirib ki, bu ilin ilk üç ayının nəticələrinə də diqqət yetirək. Aqrar sahədə ümumi istehsal həcmi 3,6 faiz, o cümlədən bitkiçilik 24,7 və heyvandarlıq 2,8 faiz artıb. 32 faiz çox tərəvəz istehsal olunub, meyvə-tərəvəz ixracının həcmi 28,2 faiz artıb.

“Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında aqrar sahədə aparılan islahatlar barədə danışarkən deyib: “Bu sahə daim diqqət mərkəzindədir. Bildiyiniz kimi, dövlət bu sahəyə çox böyük dəstək, yardım göstərir. Güzəştli şərtlərlə gübrələr, yanacaq, subsidiyalar, texnika verilir. Mən deyə bilərəm ki, Azərbaycan bu sahədə dünya miqyasında fermerlərə dəstək baxımından ən qabaqcıl ölkələrdən biridir. Həm də onlardan vergilər də tutulmur, torpaq vergisi istisna olmaq şərti ilə. Yəni, bu sahəyə maksimum dəstək verilir. Bu sahədə aparılan islahatlar, əminəm ki, daha da böyük nəticələrə gətirib çıxaracaq”. Aqrar islahatların əsas istiqamətlərindən biri  idarəetmə sistemində çevikliyin və səmərəliliyin artırılmasıdır. Bu çərçivədə Kənd Təsərrüfatı Nazirliyinin rayon bölmələri inzibati strukturdan xidmət qurumları olan Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM) çevriliblər. DAİM-lərdə "vahid pəncərə” prinsipinə uyğun olaraq fermerlərə 70-ə yaxın xidmət göstərilir. Fermerlərin qayğı və problemlərini daha yaxından dinləmək üçün bütün rayonlarda və nazirliyin aparatında Fermerlər Şuraları yaradılıb, Aqrar Könüllülər Hərəkatı formalaşdırılıb, aqrar sahədə 11 assosiasiya yaradılıb. Dövlət dəstəyinin fermerlər üçün daha əlçatan olması, subsidiyaların verilməsində şəffaflığı və çevikliyi təmin etmək üçün Elektron Kənd Təsərrüfatı Sisteminin yaradılması prioritet vəzifədir”-deyə, F.Fikrətzadə qeyd edib.

DİGƏR Xəbərlər Arxiv