YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ISESCO-nun baş direktoru: Azərbaycan dünyanın faydalana biləcəyi gözəl bir nümunə təklif edir

Dünyada təhlükəsizliyin və əmin-amanlığın təmin olunması istiqamətində səylər göstərən Azərbaycan bu gün açıq, demokratik, sabitlik ölkəsi kimi digər dünya dövlətlərinin faydalana biləcəyi gözəl bir nümunə təklif edir.

Bu sözləri Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri deyib.

“Nifrət nitqinə qarşı mübarizə aparmaq, terror hücumlarının qarşısını almaq və bu kimi problemləri həll etmək üçün yeganə yol səmimi şəraitdə dialoqların aparılmasıdır ki, bu da öz növbəsində xalqlar və dövlətlər arasında qarşılıqlı anlaşmanın, əmin-amanlığın və hörmət mühitinin yaranmasına gətirib çıxarır.

Azərbaycanda keçirilən bu Forum dünya ictimaiyyətinə bəşəriyyəti narahat edən problem və çağırışları hökumətin və ölkə rəhbərliyinin də tam dəstəyi ilə açıq və səmimi şəraitdə müzakirə etməsi üçün gözəl imkan yaradır. Azərbaycan Prezidenti İlham Əliyev sülhün, birgə yaşayışın, dövlətlər və xalqlar arasında dostluq və əməkdaşlıq mühitinin yaradılmasının carçısı kimi çıxış edir", - deyə Baş direktor əlavə edib.

DİGƏR Xəbərlər Arxiv