YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: Ölkəmizdə iqtisadi inkişafın davamlılığını hədəfləyən islahatlar uğurla reallaşdırılır

“Azərbaycanda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji kurs milli iqtisadiyyatın genişlənməsinin ardıcıllığının təmin olunmasına hesablanıb”. Bu fikri Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, son illərdə ölkəmizdə iqtisadi inkişafın davamlılığını, o cümlədən də qeyri-neft sektorunda yeni istehsal və ixrac imkanları yaradılmasını hədəfləyən islahatlar uğurla reallaşdırılır. Aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, ölkəmiz bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də iqtisadi inkişafla bağlı diqqətəlayiq uğurlara imza atıb.

“Belə ki, milli iqtisadiyyatımız qlobal böhranın mənfi təsirlərini dəf edərək inkişafa istiqamətlənib. Hazırda ölkənin qarşısında duran bütün vəzifələrin icrası yüksək səviyyədə təmin olunur. 2019-cu ilin əvvəlindən bəri əldə olunan göstəricilər deyilənləri bir daha təsdiqləyir. Nazirlər Kabinetinin bəhs olunan iclasında da bildirildiyi kimi, bu ilin birinci rübündə respublikamızda ümumi daxili məhsul istehsalında 3 faiz artıma nail olunub. Bu, son illər ərzində qazanılan ən yüksək göstəricidir. O cümlədən sənaye istehsalı 4,4 faiz artıb. Daha yüksək artım isə 15,6 faiz olmaqla qeyri-neft sənayesində müşahidə edilib ki, bu da dünya rekordudur. Qazanılan uğurlar davamlı xarakter daşıyır”-deyə, deputat qeyd edib.