YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Qazanılan nailiyyətlər dövlət başçısı tərəfindən həyata keçirilən iqtisadi islahatların real nəticələridir

“Prezident İlham Əliyevin aprelin 30-da Nazirlər Kabinetinin iclasında qeyd etdiyi kimi, 2019-cu ilin 1-ci rübünün iqtisadi yekunları çox dinamikdir. Belə ki, bu dövr ərzində ümumi daxili məhsul 520 milyon manat, sənaye istehsalı 485 milyon manat, qeyri-neft sənayesi isə 350 milyon manat artıb”. Bu fikirləri  Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, cari ilin ilk rübündə Azərbaycanda qeyri-neft sektoru ixracı 40 milyon dollar, əhalini banklardakı əmanəti 465 milyon manat artıb. Onun sözlərinə görə, bütün bu göstəricilər dövlət başçısı tərəfindən həyata keçirilən  iqtisadi islahatların real nəticələridir.

Cənab Prezidentin Azərbaycan iqtisadiyyatının yeni inkişaf strategiyasının hazırlanması ilə bağlı fikirlərinə toxunan T.Mirkişili qeyd edib ki, yeni strategiya iqtisadiyyatın daha dinamik inkişafı üçün müasir reallıqlar yaradacaq: “Yeni iqtisadi reallıqlar var. Azərbaycan iqtisadiyyatı dinamik inkişaf mərhələsinə qədəm qoyur, beynəlxalq layihələr reallaşır. Bu reallıqlar isə daha geniş və hərtərəfli iqtisadi strategiyanın hazırlanmasına ehtiyac yaratmaqdadır”.