YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Polşa Prezidenti Andjey Dudaya təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Andjey Dudaya, ölkəsinin milli bayramı – Konstitusiya Günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deylir: “Azərbaycan-Polşa əlaqələri zəngin tarixə və xoş ənənələrə malikdir. İnanıram ki, dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi siyasi təmaslarımızın müvəffəqiyyətlə davam etdirilməsi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün daim möhkəm təməl olacaqdır.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına əmin-amanlıq və rifah arzulayıram”.