YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov Qabriela Kuevas Barron ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın (PAİ) prezidenti Qabriela Kuevas Barron ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Q.Kuevas Barron ölkəmizə bu növbəti səfəri zamanı Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilmiş tədbirlərdə iştirak etdiyini bildirərək, bu mühüm dünya miqyaslı idman yarışının yüksək peşəkarlıqla təşkil edilməsinin şahidi olduğunu söyləyib. Onun qənaətinə görə, bu cür yaddaqalan hadisələr Azərbaycanın dünyada nüfuzunun daha da artırılmasına xidmət edən gözəl fürsətdir.

Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Parlamentlərarası İttifaq arasında sıx təmaslara toxunaraq, dünya parlamentlərinin nümayəndələrini birləşdirən bu qurumda Latın Amerikası ölkələrinin fəal iştirakını məmnuniyyətlə qeyd edib. Azərbaycanın cari ildə Qoşulmama Hərəkatında sədrliyə başlayacağını söyləyən nazir Elmar Məmmədyarov Qabriela Kuevas Barronu bununla bağlı Bakıda keçiriləcək Zirvə toplantısına dəvət edib.

Tərəflər Azərbaycan ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə ümidvar olduqlarını vurğulayaraq, Latın Amerikası bölgəsində cərəyan edən proseslər barədə fikir mübadiləsi aparıblar.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.