YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Tərtər rayon təşkilatında akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib

Akademik Zərifə xanım Əliyeva tibb sahəsində əldə etdiyi uğurlarla, fərdi keyfiyyətləri ilə ailəsinin və Vətəninin adını daim ucaldıb. Azərbaycan xalqı qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanmış akademik Zərifə xanım Əliyevanın xatirəsini həmişə əziz tutur, xidmətlərini unutmur.

Bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirilib. Tərtər Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı və rayon mərkəzi xəstəxanasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə akademikin xatirəsi yad edilib.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Ramiz Şabanov, rayon mərkəzi xəstəxanasının baş həkimi Yaşar Hüseynov və başqaları çıxış edərək, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın mənalı ömür yolundan, pedaqoji və həkimlik fəaliyyətindən danışıb, oftalmologiya sahəsindəki misilsiz xidmətləri barədə məlumat veriblər.

Bildirilib ki, görkəmli alim bütün ömrünü ölkəmizdə oftalmologiya sahəsinin inkişafına, peşə ilə əlaqədar sonradan əmələ gələn göz xəstəliklərinin müalicəsinə həsr edib. Gözdə traxoma xəstəliyinin müalicəsinə, oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatlar aparan Zərifə xanım Əliyeva 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. O, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.

Çıxışlarda gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı Zərifə xanım Əliyevanın xatirəsinin yaddaşlardan heç vaxt silinməyəcəyi vurğulanıb.