YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan mütəmadi olaraq Afrika uşaqlarına yardım göstərilməsi üzrə xeyriyyə kampaniyaları keçirir

Azərbaycan mütəmadi olaraq Afrika uşaqlarına yardım göstərilməsi üzrə xeyriyyə kampaniyaları keçirir. Bundan başqa, ölkə əhalisinin üçdə bir hissəsinin su resurslarına kəskin ehtiyac duyduğu Tanzaniya ərazisində yeni su mənbələrinin aşkara çıxarılmasına kömək göstərilib.

Bu sözləri Tanzaniya nümayəndə heyətinin üzvü Seleman Kitenge deyib.

Seleman Kitenge xatırladıb ki, cari ilin fevralında bir qrup azərbaycanlı və türk həkim Tanzaniyanın paytaxtı Dar-əs-Səlama gəlib. Orada Tanzaniyanın Rehama Fondunun köməyi ilə 100-dən çox xəstə müayinə olunub və katarakta əməliyyatları aparılıb. S.Kitenge sonda deyib: “Bundan başqa, Tanzaniyanın paytaxtında görkəmli azərbaycanlı sufi filosof Seyid Yəhya Şirvani adına su quyusunun açılışı mərasimi olub. Mən göstərilən yardıma görə Azərbaycan tərəfinə minnətdarlığımı bildirmək istəyirəm”.

 

DİGƏR Xəbərlər Arxiv