Xəbərlər
Milli Məclisdə Hesablama Palatasının hesabatı qəbul olunub
Milli Məclisin bu gün keçirilən iclasında Hesablama Palatasının hesabatı müzakirəyə çıxarılıb. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov hesabatı təqdim edərək yoxlamalar nəticəsində aşkar olunan nöqsalar haqqında məlumat verib. O qeyd edib ki, Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində büdcə qanunvericiliyi, mühasibət uçotu, dövlət satınalmaları üzrə daha çox pozuntuların olduğu müəyyənləşib.
V.Gülməmmədov bildirib ki, nöqsanlara yol vermiş şəxslərə qarşı cəza tədbirləri görülüb. Palata sədri deyib ki, hesabat ilində audit tədbirləri nəticəsində 714 nöqsan qeydə alınıb.
Müzakirələrdən sonra qurumun hesabatı qəbul olunub.