YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dilarə Cəbrayılova: Aprel döyüşləri Azərbaycan Ordusunun döyüş əzmini göstərdi

“Azərbaycan ötən illər ərzində hərbi sahədə də böyük nailiyyətlər qazanıb. Bu gün Azərbaycanın müasir silahlar və texnika ilə təchiz olunmuş ordusu var. Əsgər-zabit heyətinin mənəvi-psixoloji durumu, döyüş qabiliyyəti çox yüksək səviyyədədir”. Bu fikirləri Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.

D.Cəbrayılova bildirib ki, 2016-cı ilin aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan öz torpaqlarının bir qarışını da güzəştə getməyəcək. Onun sözlərinə görə, aprel döyüşlərində Azərbaycan Ordusu göstərdi ki, Ali Baş Komandanın əmri ilə tez bir zamanda işğal olunmuş torpaqları azad etməyə qadirdir. Bunu işğalçı dövlətin rəhbərləri də çox yaxşı dərk edir: “Azərbaycanın iqtisadı gücü və potensialı, gündən-günə inkişaf etməsi, Prezident İlham Əliyevin və ölkəmizin dünya liderləri arasında böyük nüfuza sahib olması Ermənistan rəhbərliyini yenidən substantiv danışıqların aparılması üçün danışıqlar masasına oturmağa məcbur etdi. Martın 29-da Vyana görüşündə də   Prezident İlham Əliyev bir daha Azərbaycanın prinsipial mövqeyini ortaya qoydu. Cənab Prezident bildirdi ki, danışıqların prosesinin formatı dəyişməzdir və danışıqlar yalnız Ermənistanla Azərbaycan arasında aparıla bilər. 2016-cı il aprel döyüşlərindən sonra ikitərəfli danışıqların aparılmasına müxtəlif bəhanələrlə mane olmağa çalışan Ermənistan hakimiyyəti Prezident İlham Əliyevin çox uğurlu diplomatik fəaliyyəti sayəsində qeyd-şərtsiz danışıqlar masasına qayıtmağa məcbur oldu".

Millət vəkili deyib ki, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və uğurlu siyasəti Azərbaycanın qələbəsi ilə nəticələnəcək: ““BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamalərində də Azərbaycan ərazilərinin işğalı pislənilib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı təsdiq edilib və işğalçı qüvvələrin ərazilərimizdən qeyd-şərtsiz çıxarılması tələb olunub”.