YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Qadının ailədə, cəmiyyətdə layiqli yer tutması dövlətimizin əsas məqsədlərindən biridir

“Qadının ailədə, cəmiyyətdə layiqli yer tutması dövlətimizin əsas məqsədlərindən biridir. Qadınlar dövlətin yaratdığı bütün imkanlardan yararlanır, təhsil alır, ictimai-siyasi proseslərdə fəal iştirak edir, yüksək vəzifələr tutur, sahibkarlıq sahəsində geniş təmsil olunurlar. Səhiyyədə, təhsildə, elmdə, orduda, idmanda, məhkəmə, milli təhlükəsizlik və hüquq mühafizə orqanlarında çalışırlar. Bu, Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu dövlət qadın siyasətinin məntiqi nəticəsidir”. Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, insanın inkişafı bütövlükdə, qadın və kişilərin bərabər hüquqları, vəzifələri və imkanları deməkdir. Onun sözlərinə görə, 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərində (DİM) hədəflər müəyyən edilib.

“Gender bərabərliyi ayrıca bir məqsəd kimi göstərilsə də digər məqsədlərdə də gender komponenti var. Yoxsulluğun azaldılması, qidalanmanın yaxşılaşdırılması, hamı üçün ədalətli və keyfiyyətli təhsil imkanları, su ehtiyatlarından səmərəli istifadə, məşğulluq, təhlükəsizlik və ekoloji tarazlığın təmin edilməsi kimi hədəflərə nail olunmasında gender məsələləri əhəmiyyətli rol oynayır. Çox sevindirici haldır ki, BMT-nin MAPS Missiyasının qiymətləndirməsinə əsasən, ölkəmizin Gender üzrə DİM-lərlə uyğunluq göstəricisi 100 faizdir. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü hüquqi baza yaradılıb. Bu sənədlər ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm əhəmiyyətə malikdir. Qanunların qəbul edilməsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çox böyük rolu var. Onun Birinci vitse-prezident kimi ilk layihəsi qaçqın və məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması olub”-deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.