YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “SHE Congress 2019”:Dəyişikliklərə doğru” qadınların liderlik və sahibkarlığına dair konqres keçirilir

Martın 6-da Bakıda III “SHE Congress 2019”:Dəyişikliklərə doğru” qadınların liderlik və sahibkarlığına dair konqres işə başlayıb.

Konqresin açılış mərasimində “Azərbaycanın 100 işgüzar qadını” cəmiyyətinin rəhbəri, “Red communications” agentliyinin icraçı partnyoru Tatyana Mikayılova “Dəyişikliklərə doğru”nun “SHE Congress 2019”un builki şüarı olduğunu deyib. Bildirib ki, dünya hər an dəyişir və bizim məqsədimiz yenilik və dəyişiklikləri yaradıcı məcraya istiqamətləndirməkdə uğurlu bələdçi olmaqdır.

Qeyd olunub ki, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, dünya arenasında Azərbaycanın gələcək inkişafı üçün bizə iqtisadi cəhətdən müstəqil və güclü qadınlar lazımdır: “Komitə qadınların işgüzar mühitdə fəal olmaları üçün çalışır və onların təhsil səviyyəsini artırmaq üçün bütün imkanları genişləndirir. Azərbaycanda qadın sahibkarlığının inkişafı daim ölkə başçısının və dövlət siyasətinin diqqət mərkəzindədir. Son illərdə bu istiqamətdə mühim addımlar atılıb. Bu istiqamətdə ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən layihələri xüsusi qeyd etmək lazımdır. Bu gün Azərbaycanda güclü və sahibkar qadınların sayı çoxalır. Sevindirici haldır ki, artıq ölkəmizdə 200-dən çox qadın QHT-si var”.

KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov deyib ki, qadın sahibkarlığının inkişafı KOBİA-nın strategiyasının ayrılmaz hissəsidir: “Ölkənin iqtisadi inkişaf prioritetlərini və milli dəyərləri nəzərə alaraq, biz qadın sahibkarlığını fəal dəstəkləyirik”.

Konqresdə ABŞ, Böyük Britaniya, Almaniya, İsrail, Kanada, Türkiyə, Fransa, Ukrayna və Estoniyadan olan nümayəndələrin çıxışları dinləniləcək.

Tədbir işini panel sessiyalarla davam etdirir.