YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Ötən il Azərbaycan iqtisadiyyatı 1,4 faiz artıb

2018-ci ildə Azərbaycan iqtisadiyyatı 1,4 faiz artıb.

Bu barədə Baş nazirin müavini Əli Əhmədov martın 6-da Bakıda keçirilən “İqtisadiyyatın şaxələndirilməsi - özəl sektorun rolu üzrə yüksək səviyyəli Forum”da deyib.

Əli Əhmədov bildirib ki, keçən il qeyri-neft sektorunda 2 faizdən çox, kənd təsərrüfatında isə 3 faizdən artıq iqtisadi artım Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, aparılan islahatların nəticəsi kimi qiymətləndirilir.

Baş nazirin müavini qeyd edib ki, bir neçə ilə Azərbaycanın əmək bazarına 120 minədək işçi qüvvəsi daxil olacaq. Bu isə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində kiçik və orta sahibkarlığın inkişafı nəticəsində baş verəcək.