YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leyla Abdullayeva: Biz Ermənistan tərəfindən işğal edilən ərazilərimizin azad olunması məqsədilə danışıqlar aparırıq

Ermənistan xarici işlər nazirinin bu ölkənin ictimai televiziyasına müsahibəsində Ermənistanın siyasi rəhbərliyi tərəfindən verilən bəyanatlar təkrar olunur. Ermənistan Baş nazirinin Dağlıq Qarabağdakı insanlar adından danışa bilməyəcəyi, onun “Tavuşdan Sünik ərazisinədək yaşayan Ermənistan sakinləri adından danışmaq ixtiyarının olduğu” iddia edilir. O zaman daha öncə səsləndirdiyimiz sualı bir daha qeyd etmək istərdim: belə olduğu təqdirdə seçkilər zamanı ona səs vermiş Ermənistan vətəndaşı olan gənclərin Azərbaycanın işğal olunmuş ərazilərində nə işi var?!

Bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistan xarici işlər nazirinin bu ölkənin ictimai televiziyasına verdiyi müsahibəsi ilə əlaqədar açıqlamasında deyib.

Leyla Abdullayeva bildirib: “Ermənistan naziri bu il yanvarın 16-da Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən verilmiş bəyanatı xatırlamaya bilər. Lakin ötən il dekabrın 6-da Milanda şəxsən özünün də razılığı ilə qəbul edilmiş birgə bəyanatı yəqin ki, unutmayıb. O bəyanatda deyilir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri münaqişənin ədalətli və davamlı sülh yolu ilə həlli üzrə işləməyi davam etdirəcəklər. Azərbaycan tərəfi görüşləri sadəcə görüşlər naminə keçirmir və beynəlxalq ictimaiyyəti belə görüşlərlə xoş niyyətinə inandırmaq kimi məqsədi də yoxdur. Bizim məqsədimiz birdir, qətidir və hüquqi əsaslıdır: Biz Ermənistan tərəfindən beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozularaq işğal edilən ərazilərimizin azad olunması və bu ərazilərə yerli azərbaycanlıların köçürülməsini sülh yolu ilə təmin etmək məqsədilə danışıqlar aparırıq.

Ermənistan vətəndaşları adından danışmağa mandatı olduğunu bəyan edən bu ölkənin siyasi rəhbərliyinə bildirmək istərdik ki, belə olduğu təqdirdə Tavuş, Sünik və digər ərazilərdən olan və Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmət göstərən Ermənistan vətəndaşları adından danışsın”.