YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Gürcüstan prezidentlərinin görüşündə perspektivli layihələr barədə fikir mübadiləsi aparıldı

Gürcüstan və Azərbaycan prezidentlərinin Bakıda keçirilmiş görüşündə hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edən, eyni zamanda, regionun enerji sabitliyinə mühüm töhfə verən genişmiqyaslı layihələr müzakirə edildi. Dövlət başçıları Gürcüstanın, Azərbaycanın və Türkiyənin birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələrinin əhəmiyyətini xüsusi vurğuladılar. Prezidentlərin görüşündə perspektivli layihələr barədə də müzakirələr aparıldı.

Bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvilinin mətbuat katibi Xatia Moistsrapişvili martın 5-də keçirdiyi brifinqdə məlumat verib.

X.Moistsrapişvili deyib: “Dövlət başçıları bildiriblər ki, nəqliyyat sahəsində birgə layihələrin həyata keçirilməsində potensial mövcuddur və ondan istifadə etmək lazımdır. Bu gün bölgədə sabitlikdir və ciddi investisiyalar həyata keçirmək mümkündür”.

Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası məsələsinə toxunan X.Moistsrapişvili deyib ki, dövlət başçıları hər iki tərəfdən olan komissiyaların tərkibinin yenilənməsinin və fəaliyyətinin aktivləşdirilməsinin zəruriliyini vurğulayıblar: “Bu, ümumi sərhədin tam olaraq müəyyən olunması üçün lazımdır. Gürcüstan Prezidenti hesab edir ki, bu, iki ölkə arasında mövcud dostluq münasibətlərinə görə mümkündür”.

DİGƏR Xəbərlər Arxiv