YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar Əzizov: Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti Bayıl sürüşmə zonasında yaşayanların məsələsi ilə bağlı yeni qərar verəcək

Bayıl sürüşmə zonası ilə bağlı məsələyə Nazirlər Kabinetində baxılır.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

E.Əzizov bildirib ki, sürüşmə hadisəsi bu ərazidə birinci və sonuncu dəfə deyil: "Bu, təbii prosesdir. Sürüşmə orada yaşayışın olub-olmaması ilə bağlı deyil. Səhv etmirəmsə, həmin ərazidə sürüşmə 1830-cu illərdə də baş verib. Həmin vaxt orada nə yaşıllıq salınmışdı, nə də yaşayış vardı".

İcra başçısı qeyd edib ki, Nazirlər Kabineti Bayıl sürüşmə zonasında yaşayanların məsələsi ilə bağlı yaxın günlərdə yeni qərar verəcək: "Bu barədə Prezident İlham Əliyev tərəfindən tapşırıq verilib".