YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahib Məmmədov: Dövlət büdcəsinin daxilolmaları 105 milyon manat artıb

Cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin ümumi daxilolmaları 105 milyon manat artıb.

Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “Startap layihələrinin dəstəklənməsi və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi” mövzusunda konfransdakı çıxışında deyib.

Nazir müavini qeyd edib ki, vergi orqanları plandan əlavə 80 milyon manatdan çox vəsait, gömrük orqanları isə plandan əlavə 20 milyon manatdan çox vəsait toplayıb və nəticədə ümumi daxilolmalar 105 milyon manat artıb.

Sahib Məmmədov bildirib ki, özəl sektorun ÜDM-dəki payı 84,7 faiz, qeyri-neft sektorunun isə 57,4 faiz təşkil edib. Yanvarda ötən ilin eyni ayı ilə müqayisədə qeyri-neft sənayesi 13,8 faiz, kənd təsərrüfatı isə 2,4 faiz artıb. Ümumilikdə, əhalinin gəlirlərində 6,1 faiz artım müşahidə olunub.

DİGƏR Xəbərlər Arxiv