Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Kristof dö Marjerinin ailəsinə başsağlığı verdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kristof dö Marjerinin ailəsinə başsağlığı verdi.
Başsağlığında deyilir: ““Total” şirkətinin Direktorlar Şurasının Sədri və Prezidenti Kristof dö Marjerinin təyyarə qəzasında həlak olması xəbəri məni olduqca sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir və səbir diləyirəm.”