YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasında Azərbaycan Respublikası Milli Məclisində partiyanı təmsil edən deputatlarla görüş keçirilib

Yanvarın 31-də Yeni Azərbaycan Partiyasının qərargahında  Azərbaycan Respublikası Milli Məclisində partiyanı təmsil edən deputatlarla görüş keçirilib.

YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov bu görüşün  partiyanı Milli Məclisdə təmsil edən deputatların fəaliyyətinin əlaqələndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.

2018-ci ilin ölkəmiz üçün uğurlu olduğunu deyən Əli Əhmədov qeyd edib ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı dəyərləndirmələri bütövlükdə ötən ilin yekunlarına verilən ən düzgün və əhatəli qiymətdir. Dövlətimizin başçısı həmçinin, 2019-cu ildə qarşıda duran vəzifələrlə bağlı öz  fikirlərini geniş şəkildə ifadə etdi.

“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2018-ci il kifayət qədər uğurlu il kimi tariximizə daxil oldu. Bu dövrdə qarşıya qoyulan vəzifələr lazımi səviyyədə yerinə yetirilib. 2018-ci ildə Azərbaycanın dinamik inkişafı davam edib. Azərbaycanda bir neçə il əvvəl Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan islahatlar öz səmərəli nəticələrini verməkdədir. Şübhəsiz ki, islahatların uğurlu nəticələri bundan sonra daha genişmiqyaslı olacaq. Eyni zamanda, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər də önəmli  nəticələr  verməkdədir. Görülən işlər qeyri-neft sektorunun inkişafının qarşıdakı dövrdə daha dinamik xarakter alacağını təsdiqləyir. Bu məqsədlə müvafiq  proqramların icrası ilə bağlı resurslar səfərbər edilib və bunun üçün bütün imkanlar mövcuddur”-deyən YAP Sədrinin müavini vurğulayıb.

Əli Əhmədov qeyd edib ki, regionların sosial-iqtisadi inkişafına dair 3-cü dövlət proqramına yekun vurulub. Beləliklə, Azərbaycanın ümumi inkişafı prosesində regionların ciddi şəkildə inkişaf etdirilməsi, simasının dəyişdirilməsi, müasirləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin  təşəbbüsü ilə müəyyənləşdirilmiş Dövlət proqramı uğurla  yerinə yetirilib. “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində bütün götürülən öhdəliklər yüksək səviyyədə yerinə yetirilib. Aparılan təhlillər nəticəsində bu fikir bir daha  təsdiqini tapır ki, Azərbaycan sözün həqiqi mənasında XXI əsrin ən uğurlu dövlətlərindən biridir. Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı bu fikri deməyə əsas verir. Son 15 ildə  iqtisadiyyatımız 3 dəfədən çox artması, yoxsulluğun səviyyəsi 50 faizdən 5 faizə düşməsi , 2 milyona qədər iş yerinin açılması möhtəşəm göstəricilərdir. Digər tərəfdən, modernləşmə siyasətinin həyata keçirilməsi Bakı şəhəri ilə yanaşı, regionların simasının əhəmiyyətli dərəcədə  yeniləşməsi ilə müşahidə olunur. Eyni zamanda, bu illər ərzində  əhalinin rifahı xeyli dərəcədə yüksəlib”-deyə, Əli Əhmədov qeyd edib.

YAP Sədrinin müavini Əli Əhmədov daha sonra qarşıda duran vəzifələrlə bağlı fikirlərini bildirib.

DİGƏR Partiya xəbərləri Arxiv