YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavanşir Feyziyev: Avroa Parlamentinin “Xarici fəaliyyət və təhlükəsizlik siyasəti” qətnaməsi Azərbaycanın maraqlarına cavab verir

“Avropa Parlamentində qəbul olunmuş “Xarici fəaliyyət və təhlükəsizlik siyasəti” üzrə qətnamə Azərbaycanın maraqlarına cavab verir”. Bu fikri Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, Milli Məclisin deputatı  Cavanşir Feyziyev deyib.

C.Feyziyev bildirib ki, sənəddə bütün Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədləri tanınır. Onun sözlərinə görə, burada vurğulanır ki, Şərq Tərəfdaşlığı ölkələrində dondurulmuş münaqişələrin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir.

“Qətnamənin qəbul edilməsi Avropada Azərbaycanın haqq səsinin artıq eşidilməsindən xəbər verir. Bu isə Azərbaycan Prezidentinin uzaqgörən, qətiyyətli və müdrik siyasətinin bəhrəsidir”-deyə, deputat qeyd edib.