YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP İdarə Heyətinin iclası keçirilmişdir

Dekabrın 13-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilmişdir.

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumat vermişdir.

İclasda Yeni Azərbaycan Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyası tərəfindən partiyanın rayon və şəhər təşkilatlarında aparılmış yoxlamaların nəticələri barədə məruzə dinlənilmişdir. İdarə Heyəti MNTK tərəfindən yoxlama aparılmış rayon və şəhər təşkilatlarının fəaliyyəti və həyata keçirdikləri tədbirlərin qənaətbəxş hesab edilməsi barədə qərar qəbul etmişdir.

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclasında həmçinin, YAP Gənclər Birliyinin  partiyanın rayon və şəhər təşkilatlarında hesabat seçki yığıncaqlarının keçirilməsi barədə qərar qəbul edilmişdir.

 

DİGƏR Partiya xəbərləri Arxiv